Vikipediya:Kənd meydanı

Vikipediya saytından
Ən son rəy:1 saat öncə, Gadir tərəfindən "Kütləvi kiçik düzəliş redaktəçiləri" mövzusunda
Naviqasiyaya keç Axtarışa keç


TwitterABŞ

[mənbəni redaktə et]

Salam. Maraqlı olanları TwitterABŞ məqalələrinin adının dəyişdirilməsi ilə bağlı müzakirələrdə iştirak etməyə çağırıram. Hörmətlə, Gadirmüzakirə 11:47, 30 may 2024 (UTC)Cavabla

X məsələsində razıyam. Artıq dəyişməyin vaxtı gəlib. ABŞ məsələsində də razıyam, həmçinin SSRİ məqaləsinin də adı dəyişdirilməlidir. Kosmik Ozan utora! 16:13, 30 may 2024 (UTC)Cavabla
ABŞ ilə bağlı müzakirə xeyli vaxtdır ki var, amma fikir bildirən azdır. Bu, sonra problem olmaz ki? Twitter məsələsi, məncə, ətraflı müzakirə olunsa, yaxşıdı, digər ikisi ilə birmənalı olaraq razılaşsam da, orada fikrimcə, daha geniş arqumentlər lazımdır. Əlaqəli müzakirələr müvafiq səhifələrdə aparılarsa, doğru olar. Hörmətlə, Gadirmüzakirə 16:22, 30 may 2024 (UTC)Cavabla
@White Demon, Avropa İttifaqı "AB" yaxud "Aİ", Avropa Şurası Parlament Assambleyası "AŞPA" və Birləşmiş Millətlər Təşkilatı da "BMT" olmalıdır? Hörmətlə, Gadirmüzakirə 20:34, 30 may 2024 (UTC)Cavabla
Mustafa Kamal Atatürk məqaləsi də "Atatürk" adlandırıla bilər (digər dillərdə necə olmasının aidiyyəti yoxdur, söhbət azərbaycancadan gedir). Hörmətlə, Gadirmüzakirə 20:06, 31 may 2024 (UTC)Cavabla
BMT ola bilər, o biriləri ilə razı deyiləm. Atatürklə də razı deyiləm. Kosmik Ozan utora! 06:31, 1 iyun 2024 (UTC)Cavabla
Atatürk ilə niyə razı deyilsiz? Atatürkün dini inancı da elə o adla verilib. Hörmətlə, Gadirmüzakirə 10:58, 1 iyun 2024 (UTC)Cavabla
Elə isə səhv verilib. Bu məntiqlə gərək Albert Eynşteyn məqaləsini Eynşteyn, Adolf Hitler məqaləsini Hitler, Volfqanq Amadey Motsart məqaləsini Motsart, İosif Stalin məqaləsini Stalin, Vladimir Lenin məqaləsini Lenin, Hayao Miyazaki məqaləsini Miyazaki, Rəcəb Tayip Ərdoğan məqaləsini Ərdoğan edək. Kosmik Ozan utora! 11:17, 1 iyun 2024 (UTC)Cavabla
Düzdü, yönləndirmə funksiyası iş görür, amma bəzən istisnalar olur da. Hörmətlə, Gadirmüzakirə 11:36, 1 iyun 2024 (UTC)Cavabla
Məsələn, Napoleon. Hörmətlə, Gadirmüzakirə 12:31, 1 iyun 2024 (UTC)Cavabla
Twitter-i məncə də X üzrə dəyişməliyik Atakhanli (müzakirə) 08:19, 2 iyun 2024 (UTC)Cavabla
Mən hələ X olması üçün tez olduğunu düşünürəm. — Bikar müzakirə 08:27, 2 iyun 2024 (UTC)Cavabla
Tvitter məqaləsi X olmalı, Tvitter üçün isə yeni məqalə yaradılmalıdır fikrimcə. — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 04:34, 4 iyun 2024 (UTC)Cavabla
HəY ABŞ və əlaqəli məqalələr həll edildi. Qarşınıza çıxan əlaqəli məqalələr (istisna hallardan başqa) düzəltməyinizi və eyni zamanda yaradacağınız səhifələri xüsusi hal yoxdursa (mənbə, işləklik və s.), bu formada adlandırmağı unutmayın. Digərlərini müzakirə edə bilərik, davam edir. Hörmətlə, Gadirmüzakirə 11:55, 6 iyun 2024 (UTC)Cavabla

Vikipediya:Şikayət səhifəsinin işə düşməsi

[mənbəni redaktə et]

Salamlar. Təklif edirəm ki, mübahisələrin həlli üçün Vikipediya:Şikayət səhifəsini işlədək. Səhifə üzərində lazımi işləri apardım və qalır sadəcə konsensus. Belə ki, inzibatçı səlahiyyətlərindən sui-istifadə edən inzibatçılar üçün də Vikipediya:Şikayət/İnzibatçı səhifəsi açıq olacaqdır. Əsas səhifədə mübahisələrin həlli, fəaliyyət, müəyyən redaktələr, ümumi davranış, istifadəçilərlə bağlı problemlər, məsələlər müzakirə ediləcək (bura inzibatçılar da daxil), ortaq həll yolu tapılmağa çalışılacaq. Sual çıxa bilər ki, VP:İnzibatçılara müraciət səhifəsi var. Var, amma bu səhifənin məqsədi ümumi məsələlər üçündür, blok tələb etmə, inzibatçılara müraciət üçündür yəni sırf. Bu səhifə isə elə deyil. Həmçinin Vikipediya:İnzibatçı müzakirəsi səhifəsinin də ləğvini təklif edirəm, bu səhifə heç bir işə yaramır, heç bir mahiyyəti yoxdur. İnzibatçı olmaq hansısa üstünlük daşımır, inzibatçılar ortaq qərar çıxarıb istifadəçilərin blok müddətini təyin edə bilməzlər (müəyyən qərəz də ola bilər, nəticədə insandırlar onlar da). Sözügedən səhifələrdə ümumi müzakirələr əsasında vəziyyət həll edilməzsə, müzakirəyə əsasən müəyyən müddətə bloklar təyin edilə bilər (istisna hallar xaric, bura ciddi pozuntu və uzlaşamamaq daxildir).


  1. + Lehinə: Hörmətlə, Gadirmüzakirə 00:03, 31 may 2024 (UTC)Cavabla
  2. + Lehinə:Kholat Syakhl (müzakirə) 04:26, 2 iyun 2024 (UTC)Cavabla
  3. + Lehinə: lazımlı layihədir. — Tarixi Nadir (müzakirə) 11:50, 3 iyun 2024 (UTC)Cavabla
  4. + Lehinə: Rahtlıq yaradacaq təklifdir. Redivy (müzakirə) 12:49, 3 iyun 2024 (UTC)Cavabla
  5. − Əleyhinə: məncə boşuna açılacaq olan artıq bir səhifədir. Hazırki səhifələrlə bu cür məsələlər həll olunur və ya oluna bilir. Səhifənin adından başqa nə üstünlüyü olacaq ki? — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 04:27, 4 iyun 2024 (UTC)Cavabla
  6. − Əleyhinə: VP:İBSQ-yə görə "zəruri" hal yarandıqda inzibatçının etimad səsverməsinin başladılması üçün inzibatçıların "ortaq qərar"ı lazım olur. Əgər Vikipediya:İnzibatçı müzakirəsi səhifəsi ləğv edilsə, bu qərar necə alınacaq? Bu qarışıqlığa səbəb olacaq.— Turkmen müzakirə 05:28, 4 iyun 2024 (UTC)Cavabla
  7. + Lehinə: heç bir dəyişiklik olacağını düşünməsəm də sınaqdan keçirək. — Bikar müzakirə 14:46, 7 iyun 2024 (UTC)Cavabla
  8. + Lehinə: yoxlamaq olar. — Xeyal (müzakirə) 15:36, 7 iyun 2024 (UTC)Cavabla
  • Şərh Şərh: Bizim icma üçün nə qədər effektli olub olmayacağını düşünürəm. Təklif olaraq yaxşıdır. Amma düşünürəm ki, şikayət və təkliflər üçün daha çox əlçatanlıq yaratmaq lazımdır. Əgər bu şikayət səhifəsini interfeysdə yerləşdirəcəyiksə yəni daha tez görünməsini təmin edə biləcəyiksə razıyam. Hazırda ən əl çatan və fikirlərin paylaşılıb müzakirə edildiyi yer Kənd Meydanıdır. Ən azı kənd meydanı qədər göz önündə tutdurmaq lazımdır. İnzibatçılar üçün olan müzakirə səhifəsinin ləğvinin isə əleyhinəyəm. Ona görə ki, hər nə qədər sıradan istifadəçilər də olsalar, onlar səlahiyyətlilər hesab olunurlar. Öz aralarında hər hansı bir müzakirə apara və onu sonradan açıq müzakirəyə çıxara bilərlər. Sadəcə qayda tərtib etmək olar ki, inzibatçılar sırf özləri razılaşıblar deyə hər hansı qərarı qəbul edə bilməsinlər. Qəbul etmək istədikləri qərarı icmaya təqdim edib ümumi fikirləri alsınlar. Bunlar mənim subyektiv fikirlərimdir. Hörmətlə, — Patriot (müzakirə) 20:10, 31 may 2024 (UTC)Cavabla
    Salam. Yararlığını qəbul edib sınamaqla öyrənə bilərik və şübhəsiz İMZ-dən yaxşı olacaq. Yoxsa İMZ-də müzakirə ilə səhifələrin mühafizəsi, istifadəçiləri bloklama və s. belə imtiyazlara qarşıyam. Odur ki, ləğvini dəstəkləyirəm, müzakirələr açıq getməlidir, elə daha sağlam addımlar atılacağına inanıram. Digər fikrinizə gəlincə isə, əksinə, bu səhifə menyuda olmasa yaxşıdır, ki, vikidən müəyyən qədər anlayan və müəyyən təcrübəsi olan istifadəçilər bu səhifəni bilib əsaslı müraciətlər təqdim etsinlər. Yoxsa yeni kim gəldi girib məşğul edəcək. Bir də KM ümumi müraciət və müzakirə məkanıdır. Bu səhifələrdə isə istifadəçilərlə bağlı mövzular müzakirə olunacaq. Hörmətlə, Gadirmüzakirə 20:52, 31 may 2024 (UTC)Cavabla
    Ayrı səhifə olsune şikayətlər üçün, amma indiki vəziyyətdə deyə bilmərik ki, kənd meydanı şikayətlərdən daşır, digər müzakirələr gözdən qaçır. Burdakı müraciətlərə baxılmıyandan sonra ayrıca şikayət səhifəsinə heç baxan olmuyacaq. — Bikar müzakirə 21:28, 31 may 2024 (UTC)Cavabla
    Təbii ki, istəyərik ki, heç vaxt münaqişələr və mübahisələr olmasın, amma həyatda olduğu kimi burda da bu kimi hallar qaçılmazdır. Təki boş qala elə. :) Səhifənin əsas məqsədi bloklamak yox, məsələyə həll yolu tapmaq və vəziyyəti həll etmək funksiyası daşıyacaq. Burada yoxdur, var, ya da olacaq, hazır səhifəmiz olsun, ora əlavə olunsun, orada danışılsın. Burada (girişdə də qeyd edilib) sual, xəbərləşmə, texniki, idarəetmə və digər oxşar mövzular danışılır. Bu məsələlər həmişə İMZ-də müzakirə olunub, orada da həll yolu kimi bloklanmaq, blok müddəti danışılıb, amma bu səhifə olsa, hesab edirəm danışılıb aydınlıq gətirmək mümkün olacaq, faydalı olacaq. Lüzumu halında bloklar tətbiq oluna bilər təkcə. Ciddi və davamlı pozuntu halları və istifadəçinin ortaq yola gəlməməsi və boyun qaçırması və s. Hörmətlə, Gadirmüzakirə 21:33, 31 may 2024 (UTC)Cavabla
Vikipediya:İnzibatçı müzakirəsi səhifəsinin ləğv edilməsi yaxşı fikirdir. Vikipediya:Şikayət səhifəsinin isə effektiv olacağını zənn etmirəm. Yenə də, yoxlamaq olar. — Kholat Syakhl (müzakirə) 19:02, 1 iyun 2024 (UTC)Cavabla
Elə isə təklifin lehinə səs verə bilərsiniz :) Hörmətlə, Gadirmüzakirə 02:46, 2 iyun 2024 (UTC)Cavabla
Şikayətlər üçün ayrıca səhifənin olması və həmin səhifənin daim aktiv formada işlədilməsi yaxşı hal ola bilər. Ən optimal variant isə arbitaj komitəsinin yaradılması və icmanın ən etibarlı imzalarının ortada qərarverici xüsisiyyət kimi fəaliyyət göstərməsi olardı məncə. İnzibatçı müzakirəsi səhifəsinin ləğv edilməsi təklifi də çox yerində bir fikirdir. Kholat Syakhl (müzakirə) 04:28, 2 iyun 2024 (UTC)Cavabla
Arbitaja hələ çox var. Qaydalarımız tam hazır deyil, hazırkı aktivliklə də çox çətin olar. Gələcəkdə mümkündür. Hörmətlə, Gadirmüzakirə 04:32, 2 iyun 2024 (UTC)Cavabla

Turkmen, əslində, ora müzakirə üçündür, amma ağlımda idi, sizin üçün tək problem odursa, müvafiq düzəlişləri həmin qaydaya edərik, nəticəyə uyğun olaraq. Hörmətlə, Gadirmüzakirə 06:07, 4 iyun 2024 (UTC)Cavabla

@Gadir, bəs bunu əvvəlcədən bildirmək lazımdır axı, siz bilirsiniz amma bilməyənlər var. İkincisi necə ediləcək düzəliş ? Bunu paralel şəkildə etmək lazım idi. Turkmen müzakirə 08:32, 4 iyun 2024 (UTC)Cavabla
@Turkmen, bilirsiniz bu nəyə oxşadı? Vikipediya:Sürətli silmə kriteriyaları qəbul ediləndə Vikipediya:Səhifə silmə kriteriyaları qüvvədən düşdüyü kimi, bunda da eyni haldır. Mənə onu xatırlatdı. Düzdü, qeyd edilsə, daha yaxşı olardı, amma nəticə dəyişmir. Əsas konsensusdur, o olsa, müvafiq düzəlişləri edəcəyəm. Sizin iradınız sadəcə VP:Ş/İ ilə bağlıdır, belə görürəm. İnzibatçı da istifadəçidir də. VP:İM-də ya da orada başlıq açıb danışıq başlatmaq olar. VP:İMZ-yi təkcə buna görə ayaqda saxlamaq lazım deyil. Bərabərlik yaratmaq lazımdır, "inzibatçı" önəm baxımından hansısa üst qrup deyil. Bir də o səhifə mütləq bloklama funksiyası daşımayacaq, mübahisələrin həllinə xidmət edəcək. Ümumiyyətlə, hər nə qədər səsvermədə lehinə səs vermiş olsam da, gələcəkdə bu punkt qaldırılmalıdır, məncə. 4 aydan bir bir inzibatçıya hücum etmək mümkün olmayacaq ki, sizcə? Sadəcə bu səhifədə ümumi və əsaslandırılmış arqumentlərlə danışılıb elə səsvermə başlatmaq lazımdır. Səs yox, əsaslı arqument. Yəqin ki, buna etiraz edən olmaz. Hörmətlə, Gadirmüzakirə 08:48, 4 iyun 2024 (UTC)Cavabla
@Patriot Kor, @Bikar, @Grenzsoldat, @Solavirum, @White Demon, @Atakhanli, @Sura Shukurlu, @Xeyal, və digər istifadəçilər, sizləri təklif üçün mövqe bildirməyə dəvət edirəm. Səhifəni işə salıb istifadə etməyə başlarsaq, istifadəçi adı, fəaliyyətləri, kütləvi pozucu fəaliyyət, kiçik redaktələr, maşın tərcümə, şübhəli hallar və s. bu səhifədə müzakirə olunacaq. Görülən kimi, belə problemləri az yaşamırıq, müvafiq səhifə vacibdir və mütləq ki, işə yarayacaq. Kənd meydanı isə Vikipediyanın inkişafı yolunda təklif və yeniliklərin müzakirə ediləcəyi məkan olaraq statusunu qoruyub saxlayacaq. Yaxın vaxtda yeni gələn istifadəçilər və digər mövzularda müzakirə və müraciətlər üçün də səhifələr hazırlamağı və müzakirələrinizə təqdim etməyi düşünürəm. Kənd meydanındakı müzakirələr maksimum şəkildə azalaraq layihə üçün olacaq, digər mövzular müvafiq əlaqəli səhifələrdə müzakirə ediləcək. Hörmətlə, Gadirmüzakirə 14:42, 7 iyun 2024 (UTC)Cavabla

Announcing the first Universal Code of Conduct Coordinating Committee

[mənbəni redaktə et]
You can find this message translated into additional languages on Meta-wiki. Zəhmət olmasa dilinizə tərcümə etməyə kömək edin

Hello,

The scrutineers have finished reviewing the vote results. We are following up with the results of the first Universal Code of Conduct Coordinating Committee (U4C) election.

We are pleased to announce the following individuals as regional members of the U4C, who will fulfill a two-year term:

  • North America (USA and Canada)
  • Northern and Western Europe
  • Latin America and Caribbean
  • Central and East Europe (CEE)
  • Sub-Saharan Africa
  • Middle East and North Africa
  • East, South East Asia and Pacific (ESEAP)
  • South Asia

The following individuals are elected to be community-at-large members of the U4C, fulfilling a one-year term:

Thank you again to everyone who participated in this process and much appreciation to the candidates for your leadership and dedication to the Wikimedia movement and community.

Over the next few weeks, the U4C will begin meeting and planning the 2024-25 year in supporting the implementation and review of the UCoC and Enforcement Guidelines. Follow their work on Meta-wiki.

On behalf of the UCoC project team,

RamzyM (WMF) 08:14, 3 iyun 2024 (UTC)Cavabla

İcra başçısı → siyasətçi → dövlət xadimi

[mənbəni redaktə et]

Salam. İcra başçısı tituldur, statusdur, necə ki, "prezident", "nazir" yazmaq doğru deyil. Vəzifə də olsa, peşə özü "siyasətçi", "dövlət xadimi", hətta digər peşələr də ola bilər. Ona görə də bu titul da dəqiqləşdirmə kimi silinməli, dəqiqləşdirmələrə lazımı halında şəxslərin peşələri əlavə olunmalıdır. "İcra başçısı" da bu qəbildəndir, "dövlət xadimi", yaxud da "siyasətçi" yazmağı təklif edirəm. Mənə görə, "siyasətçi" daha uyğundur və bu, ümumidir. Deyə bilərsiniz ki, siyasətçi deyillər, amma siyasətin içindədirlər və siyasi vəzifə daşıyırlar axı. "Dövlət xadimi" peşədir, yoxsa titul? Hörmətlə, Gadirmüzakirə 14:35, 6 iyun 2024 (UTC)Cavabla

Eyni vaxtda bu, "dövlət xadimi" dəqiqləşdirmələri üçün də keçərlidir, bəlkə onları "siyasətçi" olaraq standartlaşdıraq? Dövlət xadimi olmaq, elə hakimiyyətlə əlaqəli olub siyasətçi olmaqdır. Hörmətlə, Gadirmüzakirə 15:25, 6 iyun 2024 (UTC)Cavabla

Kütləvi kiçik düzəliş redaktəçiləri

[mənbəni redaktə et]

Hörmətli icma. Yəqin ki, yaxın günlərdə və aylarda, kiçik düzəlişlərlə, bəzən hər sözdən sonra, bəzən hətta, nöqtə və vergüldən sonra edilən dəyişiklikləri paylaşan bir neçə istifadəçinin fərqindəsiniz. Bu istifadəçilərin heç birinin heç də təcrübəsiz istifadəçi olduqlarını zənn etmirəm. Əksinə çox təcrübəli istifadəçilər olduqlarını düşünürəm. Eyni zamanda diqqətimi çəkən məqamlardan biri də budur ki, bu tipdə istifadəçilərin 90%-i xanım istifadəçilərdirlər və açıq adlardan istifadə edirlər. Əksəriyyətinin redaktələrində eynilik aşkar olunur. Demək olar standart tipdə dəyişikliklər edirlər. Təqribən eyni saat aralıqlarında redaktələrə başladıqlarını müşahidə etmişəm. Bu haqqda nə düşünürsünüz? Məqsədli şəkildə redaktə sayı artırmağa yönəldikləri (və ya yönəldildikləri) və bir nöqtədən idarə olunduqları qənaətindəyəm. Hörmətlə, Patriot (müzakirə) 09:30, 7 iyun 2024 (UTC)Cavabla

Çox güman ki, AMEA-nın işçiləridir. Araz Yaquboglu (müzakirə) 10:51, 7 iyun 2024 (UTC)Cavabla
@Araz Yaquboglu haqqlarında bir tədbir görülməlidir. Bu gedişlə 1 ay sonra redaktə sayları 10000-i keçəcək. Və mənə elə gəlir ki, səsvermə hüququ qazanmaq üçün kütləvi redaktələr aparılır. Patriot (müzakirə) 10:54, 7 iyun 2024 (UTC)Cavabla
Razıyam, lap deyək nəsə təlim olsun, heç xəbərdarlıqlara da məhəl qoymadan davam edirlər. Kütləvi belə redaktələr xoş qarşılanmır. Belə artıq yaxın vaxtda bir neçə istifadəçiyə xəbərdarlıqlar olunduğunu görmüşəm (özüm də etmişəm). Hörmətlə, Gadirmüzakirə 10:57, 7 iyun 2024 (UTC)Cavabla
vəziyyəti götürmək üçün edirlər)) ordu yığırlar 😅 çox güman ki, eyni adamdılar. 2-3. hər işçinin adına da istifadəçi yaradıblar. nəsə olanda da deyəcəklər ki, bəs filankəsin profilidir (real işçinin adına yaradıblar deyə). halbuki idarə edənlər 2-3 nəfərdilər. elə bilirlər ki, nəysə)) Atakhanli (müzakirə) 16:37, 7 iyun 2024 (UTC)Cavabla
@Atakhanli, çekyuzer etdirəsən bəlkə? Elə olsa, rahat blok tətbiq edərik. Hörmətlə, Gadirmüzakirə 18:35, 7 iyun 2024 (UTC)Cavabla
Öyrətmək kimi olmasın, istifadəçi səhifələrində eyni yerdə çalışdıqları və ip paylaşdıqları barədə məlumat olmadığı müddətcə Checkuser nəticəsinə görə rahatlıqla bloklana bilərlər. Əgər hesablar arxasında dayandığını iddia etdiyiniz 2-3 nəfər hər hansı ehtiyyat tədbiri görməyiblərsə. — Bikar müzakirə 18:39, 7 iyun 2024 (UTC)Cavabla
Bilirəm, bəzən xoşniyyət göstərib bilmədiyini düşünənlər də olur, çünki bu barədə xg şablonunda heç nə yazılmır. Adam hardan bilsin? Təbii haldır da, bilməyə bilər. Mən bunu belə yox, normal redaktə edənlərə aid edirəm. Hörmətlə, Gadirmüzakirə 18:43, 7 iyun 2024 (UTC)Cavabla
İki istifadəçimiz vardı, uzun illərdir bir IP-dən fəaliyyət göstərirdilər, istifadəçi səhifələrinə hardasa keçən il bu barədə qeyd əlavə edilmişdi. Hörmətlə, Gadirmüzakirə 18:45, 7 iyun 2024 (UTC)Cavabla
Digər vikilərin təcrübəsində, hə, sən deyəndi. Elə edirlər. Hörmətlə, Gadirmüzakirə 18:46, 7 iyun 2024 (UTC)Cavabla
Lap eyni yerdə iş görüb açıqlama versinlər. Sonra gəlib kütləvi səsvermələrdə iştirak yolverilməzdir. "MEATPUPPET" adlanır bu. Hörmətlə, Gadirmüzakirə 18:50, 7 iyun 2024 (UTC)Cavabla
ümumiyyətlə maraqlıdır. eyni iş yerləri qeyd etsine. 2-3 adam yığışıb 10-15 real ad-soyadlı iş yoldaşının adına hesablar açsa və redaktələr etsə və səsvermə hüquq qazansa bu necə olacaq? hansı ki, qeyd də edir ki, eyni iş yeridir. checkuser edəndə də eyni iş yeri çıxır. və o adamlar real işçilərin ad soyadlarına uyğun istifadəçi yaratdıqları üçün lap iş yeri vəsiqəsin də göndərir ki, bax filankəsov filankəs həqiqətən də burada işləyir. (Halbuki o profili idarə edən başqadır) Atakhanli (müzakirə) 20:11, 7 iyun 2024 (UTC)Cavabla
Səsvermə tələblərini keçmək üçün edirlərsə belə bir texniki tələb qoya bilərik ki, redaktələrindən müvafiq teqləri çıxanda qalan redaktə sayı X-i keçsin. Misal üçün keçid tövsiyəsi, AWB kimi teqlər. Nemoralis (müzakirə) 20:02, 7 iyun 2024 (UTC)Cavabla
Sübut olunduğu halda haqlı olaraq bloklamaq daha asan olmaz? Amma olar, VP:İBSQ qaydalarına görə etmək olar. Hörmətlə, Gadirmüzakirə 20:11, 7 iyun 2024 (UTC)Cavabla
Fərqli-fərqli şeylərdən danışırıq Gadir. Nemoralis (müzakirə) 20:19, 7 iyun 2024 (UTC)Cavabla
Yoo anladım, bir dəfə oxşar mövzuda danışmışdıq ki, səsvermə hüququ olan istifadəçilər səsvermələrdən xəbərdar olsun. Dediyinizi də anladım, normal redaktələr sayılsın deyirsiz, kiçik şeylər yox. Hörmətlə, Gadirmüzakirə 20:21, 7 iyun 2024 (UTC)Cavabla
Ümumiyyətlə eyni ip ilə səsvermələrə qadağa qaydası işləyib hazırlasaq əla olar. Eyni ip qadağası ancaq güvənilən istifadəçilər üçün keçərsiz olsun. yəni bilirik ki, misal bunlar eyni evdə yaşasalar da, fikirləri müstəqildir. Atakhanli (müzakirə) 20:25, 7 iyun 2024 (UTC)Cavabla
Əslində elə olmalıdı, amma gəl ki, onu kim qiymətləndirə bilər — Bikar müzakirə 20:27, 7 iyun 2024 (UTC)Cavabla
İdeya yaxşıdı amma kim hesablıyacaq? Elə bir filterimiz var? — Bikar müzakirə 20:24, 7 iyun 2024 (UTC)Cavabla
Yaratmağı 2x2-di :) Amma guya onda taktika dəyişməyəcəklər? Hörmətlə, Gadirmüzakirə 20:25, 7 iyun 2024 (UTC)Cavabla
Heç bir viki birdən-birə ideal qaydalara sahib olmuyub. Bizim tam hesab etdiyimiz vikilərdə belə problem var(olmasaydı arbitraj komitəsi nəyə lazım idi?), hər dəfə qaydalar sərtləşdikcə daha keyfiyyətli müzakirələr(səsvermələr) olacaq. — Bikar müzakirə 20:27, 7 iyun 2024 (UTC)Cavabla
Mən indilik bu məsələ bəllidir niyə açılıb, ona uyğun təklif edirəm ki, bu istifadəçilərin siyahısı (yəni istifadəçi adları) bura qeyd olunsun və yoxlayıb yekun qərara uyğun da müvafiq addımları ataq. Hörmətlə, Gadirmüzakirə 20:44, 7 iyun 2024 (UTC)Cavabla
Həmin istifadəçilərin ümumi vikipediyaya faydası varsa bloklanmalarının tərəfdarı deyiləm. Əvvəlcə hər birinə xəbərdarlıq edilməsi daha doğru olardı. Əgər xəbərdarlıqlara məhəl qoymasalar, o zaman 3 aylıq blok müddəti təyin etmək mümkündür. Kholat Syakhl (müzakirə) 06:09, 8 iyun 2024 (UTC)Cavabla
@Patriot Kor, həmin istifadəçilərinin istifadəçi adlarını bura qeyd edə bilərsinizmi? Hörmətlə, Gadirmüzakirə 09:50, 8 iyun 2024 (UTC)Cavabla