Ana səhifə

Vikipediya saytından
Wertuose (müzakirə | töhfələr) tərəfindən edilmiş 10:55, 9 yanvar 2017 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Şablon:ƏsasBaşlıq

Həftənin seçilmiş məqaləsi

Nadirin yürüşləriXVIII əsrin birinci yarısında Mərkəzi Avrasiyada əvvəlcə xan, sonrada şah olan Nadir tərəfindən həyata keçirilən hərbi əməliyyatlar nəzərdə tutulur. Onun hərbi əməliyyatları ilk dəfə Səfəvi sülaləsinin adından Hotaki əfqanlarına qarşı başlamışdır. Səfəvi imperiyasının paytaxtı İsfahanın əfqanlar tərəfin ələ keçirilməsindən sonra Səfəvi dövləti faktiki olaraq süqut etdi.

Səfəvi taxtının bərpasına çalışan və şahlıq adına iddia edən II Təhmasib Səfəvi Nadiri öz xidmətinə qəbul etdi. Nadir o zaman Xorasanda kiçik və əhəmiyyətsiz hərbi dəstə komandanlarından biri idi. Şimal-qərbdəki Abdali əfqanlarını neytrallaşdırdıqdan sonra II Təhmasibi özündən asılı vəziyyətə salan Nadir ölkənin yerdə qalan hissəsini işğal edən Hotaki əfqanlarına qarşı müharibəyə başladı. Əfqanlar üzərində bir neçə inanılmaz qələbədən sonra İsfahan azad edildi və II Təhmasib Səfəvi taxtına əyləşdi. Bununla da, Səfəvi sülaləsinin hakimiyyəti bərpa edildi.

(Davamı...)

Həftənin yaxşı məqaləsi

İntibah dövrüAvropa tarixinin XV və XVI əsrlərini əhatə edən, Orta əsrlərdən müasirliyə keçid dövrü. O, son orta əsrlər dövrü böhranından sonra baş vermişdir və böyük sosial dəyişikliklərlə səciyyələnir. Standart dövrləşdirməyə əlavə olaraq uzun renessans dövrü fikrini dəstəkləyənlər bu dövrün XIV əsrdə başlayıb, XVII əsrdə sonlandığını irəli sürürlər. Ənənəvi baxış renessansın daha çox erkən müasir aspektlərinə yönələrək onun keçmişdən bir qırılma olduğunu iddia etsə də, bu gün tarixçilərin əksəriyyəti bu dövrü orta əsrlər aspektindən dəyərləndirərək, renessansın orta əsrlərin davamı olduğunu düşünür.

İntibah dövrünün intellektual əsası onun öz humanizm versiyasıdır. Humanizm roma mənşəli humanitas anlayışı və hər şeyin ölçüsü insandır deyən Protaqorun fəlsəfi fikirləri kimi, klassik Yunan fəlsəfəsinin yenidən kəşf edilməsindən törənmişdir. Bu yeni düşüncə incəsənət, memarlıq, siyasət, elm və ədəbiyyatda manifestə çevrildi. Dövrün ilk örnəkləri yağlı boya rəsmlərində perspektivin inkişafı və beton hazırlamadakı yenilənən biliklərdə görülür. Baxmayaraq ki, daşına bilən metal növünün ixtirası 15-ci əsrin sonundan başlayaraq sürətli şəkildə yayılmışdı, renessans dəyişiklikləri bütün Avropada eyni deyildi: İtaliyada renessansın ilk izlərinə 13-cü əsrin əvvəllərində, xüsusilə Dantenin yazılarında və Cottonun rəsm əsərlərində rast gəlmək olur.

(Davamı...)

Bilirsinizmi...

Vikipediya məqalələrindən:
Masonluğun loqosu
Masonluğun loqosu

Günün seçilmiş şəkli

 

Xəbərlər

Vikipediya:Ana Səhifə:Xəbərlər/26. Həftə 2024

Tarixdə bu gün

25 iyun: Koreya müharibəsinin başlaması, Maykl Ceksonun (şəkildə) vəfatı.
Maykl Cekson
Maykl Cekson
  • 1801Qahirədəki işğalçı Fransa ordusu Osmanlı ordusuna təslim oldu.
  • 1903Mariya Küri Paris Universitetinə təqdim etdiyi tezislərdə radiumu kəşf etdiyini açıqladı.
  • 1923Mustafa Kamal Atatürk İzmirdən millət vəkili seçildi.
  • 1950Şimali Koreya ordusunun 38-ci paralel boyunca Cənubi Koreyaya hücuma keçməsi ilə 3 il davam edəcək Koreya müharibəsi başladı.
  • 1991SloveniyaXorvatiya müstəqilliklərini elan etdilər.
  • 1993Tansu Çillər Türkiyənin ilk qadın baş naziri oldu.
  • Digər günlər: 24 iyun25 iyun26 iyun

    Seçilmiş siyahı

    Vikipediya:Ayın seçilmiş siyahısı/06. Ay 2024

    Kömək səhifələri

    Vikimedia Fondunun digər layihələri
    Türkdilli Vikipediyalar
    Cənubi Azərbaycan

    Başqırd  • Çuvaş  • Krım-tatar  • Qaqauz  • Qaraçay-balkar  • Qaraqalpaq  • Qazax  •

    Qırğız  • Özbək • Tatar  • Tıva  • Türk  • Türkmən  • Uyğur  • Yakut

    Vikipediya digər dillərdə