Çoxtapşırıqlılıq (informatika)

Vikipediya saytından
Araz Yaquboglu (müzakirə | töhfələr) (vikiləşdirmə) tərəfindən edilmiş 06:02, 22 fevral 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Çoxtapşırıqlılıq (ing. multitasking, rus. многозадачность) — kompüterin eyni zamanda bir neçə tapşırığı yerinə yetirməsini təmin edən əməliyyat sistemininin iş rejimi. Buna uyğun olaraq əməliyyat sistemləri çoxtapşırıqlı (məsələn, Linux) və təktapşırıqlı (məsələn, MS-DOS) deyə iki sinfə ayrılır. Çoxtapşırıqlılığın bir neçə növü var. Kontekst çevirmə (CONTEXT SWITCHING) çoxtapşırıqlılığın çox sadə növüdür ki, bu halda iki və daha artıq tətbiqi proqram eyni anda yüklənir, ancaq təkcə öncəliyi olan proqrama kompüterdə gerçək emal olunmaq üçün zaman ayrılır, o biri (fonda olan) tapşırığın aktivləşdirilməsi üçün isə istifadəçi həmin proqramın pəncərəsini ön plana çəkməlidir.[1]

  1. İsmayıl Calallı (Sadıqov). "İnformatika terminlərinin izahlı lüğəti", "Bakı", 2017

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]