Yevgeniya Medvedyeva — fərdi proqramda çıxış edən rusiyalılı xanım fiqurist. O, karyerası ərzində ISU Qran-Pri turnirlərində 10 dəfə mübarizə aparıb və bunların 5-də qızıl, 2-də gümüş və 1-də isə bürünc medala sahib olub. 2015-ci ildə ISU ABŞ Qran-Prisinin, 2016-cı ildə ISU Fransa Qran-Prisi və ISU Kanada Qran-Prisinin, 2017-ci ildə ISU Rusiya Qran-Prisi və ISU Yaponiya Qran-Prisinin qızıl medallarına sahib olub. Yevgeniya Medvedyeva ISU Qran-Pri turnirlərinin Çin mərhələsi istisna olmaqla digər beş mərhələsində — ABŞ, Fransa, Kanada, Rusiya və Yaponiya mərhələlərinin qalibi olan azsaylı idmançılardan biridir.
Hüseyn bəy Şamlı — (şəkildə Şah İsmayılın 1508 tarixli fərmanlarından birində Hüseyn bəy Şamlının adının çəkildiyi təsvir olunub)Şah İsmayılınlələsi, Səfəvilər dövlətinin ilk əmir-əl-ümərası və vəkili. Hüseyn bəy Lələ Şamlı I Şah İsmayılın hakimiyyətinin ilk illərində, yəni 1502–1509-cu illərdə həm divan əmiri, həm də vəkil idi. 1504-cü ildə Yəzdin idarəsi də ona tapşırılmışdı. O, 1509-cu ildə Təbrizdə divan əmiri və əmir əl-üməra vəzifəsindən azad edilmiş, ulka və nökərləri Məhəmməd bəy süfrəçi Ustaclıya bağışlanmışdı.
Hüseyn bəy Lələ Şamlı 1509-cu ildə Şirvan mahallarından birinə hakim, 1511-ci ildə isə Herata vali göndərilmiş və 1514-cü ildə Çaldıran döyüşündə öldürülmüşdür.
Laymen Frenk Baumun "Öz ölkəsindən olan sehrbaz" nağıllar kitabının mexaniki insan olan "Tik-Tok" (şəkildə) personajı ədəbiyyatda robotun ilk nümunələrindən hesab edilir.
Axtarış sistemi "Google"-a "What is the loneliest number?" (azərb.Ən tənha ədəd hansıdır?") yazdıqda nəticə kimi "1" ədədi çıxır.
Hinduizm dinində olan sati ritualına görə qadın ölmüş əri ilə birlikdə yandırılırdı. İnanca əsasən qadının odun içində yanması onun bütün günahlardan təmizlənməsi ilə nəticələnirdi. Ritual 1920-ci ildə Nepalda, 1988-ci ildə isə Hindistanda qadağan edilmişdir.